N!DA - müharibə haqqında rəsmi mövqe - 24 mart 2023

24/03/2023

Son günlərdə Qarabağ ətrafında və Ermənistanla sərhəd zonasında silahlı münaqişə ehtimalının artdığını, sülh quruculuğuna əngəl törədəcək addımların atıldığını və bütün bu proseslərin üçüncü tərəflərin geosiyasi maraqları çərçivəsində baş verdiyini müşahidə edirik.

N!DA Vətəndaş Hərəkatı olaraq regionda yeni münaqişə ocaqlarınının yaradılması və qarşılıqlı problemlərin zorakılıqla həll edilməsi cəhdlərini pisləyir, xalqların taleyinin üçüncü tərəflərin geosiyasi oyunlarına alət edilməsinə qarşı olduğumuzu bəyan edirik.

Xalqlar arasındakı düşmənçiliyin aradan qaldırılmasının, Cənubi Qafqazda mövcud problemlərin həllinin yalnız sülh və diplomatiya çərçivəsində mümkün olduğunu xatırladırıq.

Yeni silahlı toqquşmalara, şəhid xəbərlərinə, əsgər ölümlərinə, müharibələrə yox deyirik!