N!DA üzvü işgəncəyə məruz qalıb - 15 iyun 2024
15 iyun 2024-cü il tarixində N!DA üzvü Nicat Əmraslanov saxlanılıb. Onun şəxsi vəziyyəti və ittiham olunduğu məsələ ilə bağlı ətraflı məlumat verilməyib.
Daxili İşlər Nazirliyinin rəsmiləri Nicat Əmraslanov və onun harda olması barədə məlumatlı olmadıqlarını bildiriblər. Nicat Əmraslanovun vəkilinə də onun barəsində məlumat verilməyib.
N!DA Vətəndaş Hərəkatı Nicat Əmraslanovun həbsinin tamamilə əsassız olduğunu bəyan edib, bu həbsin Azərbaycanda son aylarda vətəndaş cəmiyyətinə qarşı aparılan repressiya dalğasının davamı olduğunu düşündüklərini bildirib.
Nicat Əmraslanov 3 gün sonra azad edilib. O, 2bandotdel" adlanan qurum tərəfindən saxlanıldığını və şiddətli işgəncələrə məruz qaldığını təsdiqləyib.