Pozitiv və neqativ azadlıq

N!DA 27/12/2021

Bu yazıda pozitiv və neqativ azadlığın fəlsəfi, sosial və siyasi tərəflərini təhlil edəcək, definisiyalar və terminlər arasındakı fərqi izah etməyə çalışacayıq. Yazı iki hissədən, lakin bir mətndən ibarət olacaq: pozitiv və neqativ azadlıq. Qısaca fərqlərini izah etməyə çalışacayıq və aralarındakı fərqlərə fəlsəfi olaraq başlanğıc səviyyədə toxunacayıq.

1.     Neqativ azadlıq

Fəlsəfi cəhətdən neqativ azadlıq anlayışı, fərdin başqalarının nüfuzuna məruz qalmaması deməkdir. Bu neqativ anlayışda bir insanın heç kimin müdaxiləsi olmadan da öz fəaliyyətini sərbəst şəkildə həyata keçirə biləcəyi düşünülür.  Məsələn, siyasi fəlsəfənin atalarından biri olan Tomas Hobbsa görə, "azad insan, istədiyini etməkdən çəkinməyən biridir."

Neqativ azadlıq ilə pozitiv azadlıq arasındakı fərqi ingilis siyasi nəzəriyyəçi İsayya Berlin "İki Azadlıq Konsepsiyası" adlı mühazirəsində bildirmişdir. Berlinin fikrincə, bu fərq siyasi ənənədə dərin kök salmışdır: neqariv azadlıq anlayışı ən çox ingilis siyasi filosofları ilə əlaqələndirilir (məsələn, Lokk, Hobbs və Smith).

Digər tərəfdən, pozitiv azadlıq anlayışı isə Hegel, Jan-Jak Russo və Herder kimi qitə Avropasının mütəfəkkirləri arasında görünür.

Neqativ azadlıq anlayışının bir neçə diqqətəlayiq elementi var.  

Birincisi, neqativ azadlıq bir növ azadlığı (qanunların olmamasını) müəyyən edir.  Berlinin sözləriylə desək, "azadlıq neqativ mənasında" subyektin - şəxsin və ya bir qrup insanın - edə bilmədiyi və ya edə bilməsi üçün hansı ərazi olmalıdır "sualına cavabı da əhatə edir. Bəzi filosoflar bu sahənin bəzi tələbləri ilə razılaşa bilməsələr də, insanın seçimlərinin qadağan edilməməsinin əsas nöqtəsi ilə razılaşırlar. 

İkincisi, neqativ azadlıq daxilində məhdudiyyət təbii və ya qabiliyyət çatışmazlığı kimi səbəblərə görə deyil, şəxs və ya şəxslər tərəfindən qoyulur. 

Azadmason olan fransız filosofu Helvetius bunu açıq şəkildə söyləmişdir: "azad insan əsarətə layiq deyil, heç bir məqsəd üçün əsir tutulmur, cəza qorxusundan qul kimi yaşamır və qartal kimi uçmasına ya da balina kimi üzməsinə mane olan şey yoxdur. Çünki bunlar azadlığının məhdudlaşdırılmasıdır". 

Pozitiv və neqativ azadlıq sosializm, sosial-demokratiya, liberter sosializm və marksizm filosofları tərəfindən rədd edilir. Bəzilərinə görə, pozitiv və neqativ azadlıq praktikada fərqlənmir, digərləri üçün bir azadlıq növü digərindən asılı olaraq mövcud ola bilməz.  Ümumi fikir budur ki, hökumət və ya cəmiyyət, neqativ azadlığı qorumaq üçün müsbət addımlar atmalıdır, əks halda fərdlərin bir-birinin azadlığını almasına maneə yaranar. 

2.     Hobbs və Lokk

"İnsanların azadlıq arzusu, hakimiyyətə olan ehtiyacları ilə necə uzlaşır?"

Onların bu suala cavabı bir çox mütəfəkkirlərin azadlıq haqqında fikirlərinin əsas xəttlərini anlamağa imkan verir, eyni zamanda iqtidar, bərabərlik və ədalət kimi kəsişən anlayışların şərhlərini də işıqlandırır.  Hobbs və Lokk bu suala iki cəlbedici və izahlı həll təklif etdilər.  

Bir başlanğıc nöqtəsi olaraq, hər ikisi də hər bir fərdin zövqünə və istəyinə görə sərbəst hərəkət edə biləcəyi sahələrin aydın bir xətt ilə çəkilməsi ilə razılaşırlar. Bu sahə toxunulmaz və müqəddəs şəxsi azadlıq məkanıdır. Ancaq eyni zamanda cəmiyyətin siyasi iqtidar səlahiyyəti olmadan da mövcud ola bilməyəcəyinə inanırlar. Bu tərifdə, səlahiyyətin məqsədi, fərqli istiqamətlər üzərində toqquşmalarının qarşısını almaq və fərdlərin azadlıq sahələrinin başladığı-bitdiyi sərhədləri ayırmaqdır.  Hobbs və Lokkun fikir ayrılığı, sahənin uzandığı yerdir.  İnsan təbiətinin nisbətən pis cəhətləri ilə məşğul olan Hobbsa görə, insanın instinktiv vəhşi, yırtıcı və dağıdıcı cəhətlərini boğmaq üçün güclü bir səlahiyyət tələb olunur. Yalnız güclü bir iqtidar, anarxiyanın daimi və permanent təhlükəsini dəf edə bilər.  Digər tərəfdən, Lokk, Hobbsdan fərqli olaraq ümumiyyətlə insanların "pis"dən daha yaxşı olduğuna inanırdı və fərdi azadlığın sərhədlərinin daha geniş buraxılmasını müdafiə edirdi.

Fransız və amerikan inqilablarına təsir edən siyasi filodof Tomas Peyn, ingilis kolonializminə qarşı yazdığı "sağlam düşüncə" adlı əsərində, cəmiyyətlə hökumət arasındakı fərqi pozitiv və neqativ azadlıq arasındakı fərqlə ayırır: "Cəmiyyət istəklərimizdən, hakimiyət içimizdəki pislikdən yaranır; köhnə sadiqliyimizi gücləndirərək xoşbəxtliyimizə müsbət təsir edir. Yenisi isə pisliklərimizin qarşısını alaraq xoşbəxtliyimizə mənfi təsir edir."

ABŞ-ın üçüncü prezidenti və nəzəriyyəçi Tomas Cefferson, "həqiqi azadlıq, iradəmizin hərəkətlərinin əngəllənməməsidir, ətrafımızdakı digər insanlarla bərabər hüquqlara uyğun olaraq çəkilmiş xətt daxilindədir" deyirdi.

1.     Pozitiv azadlıq

Pozitiv azadlıq, neqatic azadlıqdan fərqli olaraq, öz iradəsi ilə hərəkət etmək qabiliyyətinə sahib olmaqdır. Pozitiv azadlıq anlayışı daxili məhdudiyyətlərdən azadlığı da əhatə edə bilər. 

Struktural anlayışlar pozitiv azadlıq anlayışının əsasını təşkil edir, çünki azad olmaq üçün insan öz iradəsini həyata keçirərkən ictimai quruluşun maneələrindən azad olmalıdır. Struktural olaraq, sinifçilik, cinsiyyətçilik, yaş ayrıseçkiliyi, qabiliyyətçilik və irqçilik kimi diskriminativ konseptlər insanın azadlığına maneə törədə bilər. Pozitiv azadlıq ilk növbədə sosioloji struktura sahib olmaqla əlaqəli olduğu üçün, vətəndaşların hökumətdə iştirak etmək və səslərini, maraqlarını və narahatlıqlarını tanımaq və onlara əməl etmək qabiliyyəti ilə bilinir.

İsayya Berlinin "İki Azadlıq Konsepsiyası" (1958) yazısı, pozitiv və neqativ azadlıq arasındakı fərqi açıq şəkildə ortaya qoyan ilk əsər olaraq qəbul edilir. Əgər bu yazının davamının gəlmək şansı olarsa, bu əsərə də toxunacaq, azadlığın iki fərqli konsepsiyası haqda geniş mülahizələrə yol verəcəyik, beləliklə də biraz daha akademik müzakirələrə toxuna bilərik.

Yenidən qayıdaq Berlinə.

Azadlıq sözü bir çox şeyə aid ola bilər, ancaq İsayya Berlin iki əsas azadlıq növünü qəbul edirdi. Berlin, "Mən heç kimə kölə deyiləm" kimi bir ifadəni neqativ bir azadlıq, yəni başqa bir şəxsin birbaşa müdaxiləsindən azad olmaq kimi qiymətləndirdi.  Bunu, həyatda öz işlərini seçmək azadlığına iddia edən "çən özümün sahibiyəm" kimi bir pozitiv azadlıq ifadəsi ilə ziddiyyət təşkil etdi. 

Kanadalı filosof siyasi intellektual Çarlz Taylor neqativ azadlığı "fürsət anlayışı" olaraq görür: xarici qüvvələr tərəfindən əsarət altına alınmadığı təqdirdə neqativ azadlığa sahibdir və cəmiyyətin qaynaqlarından bərabər şəkildə istifadə edir (vaxtını necə keçirmək qərarına gəlməkdən asılı olmayaraq). Pozitif azadlıq, Taylora görə, "məşq anlayışı"dır: buna sahib olmaq insanın daxili məhdudiyyət daşımadığı anlamına gələ bilər, insan ən yüksək mənliyinə görə - ağla görə hərəkət etməyi bacarmalıdır. Tutaq ki, zəngin və güclü aktyor da narkomandır. Bu aktyor çox böyük bir neqativ azadlığa sahib ola bilər, amma Taylora görə isə burda pozitiv azadlıqdan söhbət gedə bilməz. Taylorun təriflərinə görə, pozitiv azadlıq, daxili və xarici məhdudiyyətlərdən (məsələn, zəiflik, qorxu, cəhalət və s.), azad qərar qəbul etmə vəziyyətində olmağı nəzərdə tutur.

3.     Russonun nəticəsi

Jan-Jak Russonun azadlıq nəzəriyyəsi, ona görə fərdi azadlığın "ümumi iradəyə" uyğun olaraq öz işlərinə kollektiv nəzarəti həyata keçirməsi prosesində iştirak etməklə əldə edilir. Bəziləri Russonun "ictimai müqaviləsi"ni şərh edir ki, Russo azadlığın ayrı-ayrı vətəndaşların hökumətdə dəyişikliklər etmək üçün hərəkət etmə gücü olduğuna inanır, bu özünü idarəetmə və demokratiya üçün əsas gücdür. Russo özü deyirdi: "iştaha səbəb olan tək şey köləlikdir, özümüzə yazdığımız qanuna tabe olmaq isə azadlıqdır." Sivil dövlətin təbii vəziyyəti ədaləti instinktlə əvəz edir, hərəkətlərinə əvvəllər yox olduqları əxlaqı verir.

Hegel, "Hüquq Fəlsəfəsinin Elementləri" əsərində (mücərrəd hüquq sferası anlayışını təqdim etdiyi hissədə) "vəzifə azadlığın məhdudlaşdırılması deyil, yalnız mücərrəd azadlığın məhdudlaşdırılmasıdır" və "vəzifə" mahiyyətimizə çatmaq, pozitiv azadlıq qazanmaqdır.

Atuf