Qadın Siyasət Məktəbi - Siyasi ideologiyalar - 8-9 aprel 2023

09/04/2023

8-9 aprel 2023-cü il tarixlərində Alternativ Təhsil Platforması çərçivəsində təşkil olunan "Qadın Siyasət Məktəbi" sessiyasının növbəti təlimi baş tutub. Təlimdə fəlsəfə tarixçisi Araz Əliyev tərəfindən iştirakçılara siyasi ideologiyalar mövzusunda ətraflı məlumat verilib və bu istiqamətdə müzakirə aparılıb.

3 ay davam edəcək təlimlər sessiyası qadınların siyasi fəallığının artırılması və onların bu sahədə təcrübə qazanmaları məqsədi daşıyır.

Sessiya müddətində qadın iştirakçılara siyasi psixologiya, debat bacarıqları, ritorika, bədən dili, ideologiyalar, seçki kampaniyaları, media və ictimaiyyətlə iş, fərdi və komanda işi kimi bir çox sahədə peşkar təlimçilər tərəfindən tədris həyata keçirilir.